Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC xarici ölkələrə səyahət edənləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırıb.
QSC-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, AZAL aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyi məsləhət görür.