Müdafiə nazirliyi bu gün Bakıda baş vermiş helikopter qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən 525.az-a verilən məlumata görə, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb.
Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək.