Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.
Trend-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İstanbul meri Kadir Topbaş bildirib. Bir müddət əvvəl Baş nazirin müavini Bekir Bozdağ bildirmişdi ki, ölkədə prezident seçkiləri 2014-cü ilin avqust ayına təyin edilib.
Topbaş qeyd edib ki, 2014-cü ildə həmçinin bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılıb. Mer deyib ki, İstanbul şəhərinin meri vəzifəsinə namizədliyini üçüncü dəfə irəli sürəcək.