https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
search
29 Mart 2024

"Neftçi"nin vitse-prezidenti: "Bu cür futbol oynamaq olmaz"

"Neftçi"nin vitse-prezidenti: "Bu cür futbol oynamaq olmaz"

“Neftçi” rəhbərliyi komandanın bu gün Premyer Liqada “Sumqayıt”a 2:3 hesablı məğlubiyyətindən narazı qalıb.

Klubunun vitse-prezdenti Tahir Süleymanov Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, Avropa Liqasınının qrup mərhələsinə düşən komanda üçün oyunda belə səhvlər etmək yolverilməzdir.

“Bu məğlubiyyətlə bağlı futbolçular və məşqçilərdən hesabat tələb olunacaq. Xüsusilə də məşqçilərdən” – deyən T.Süleymanov bu yenilgiyə görə “Neftçi” üzvlərinin cəzalandırılacağını söyləyib

“Biz Avroliqada tarix yazan və mübarizə aparan bir komandayıq. Məğlubiyyət hər bir komanda üçün qaçılmazdır. Lakin bu şəkildə yox. Bu cür futbol oynamaq olmaz. Bununla bağlı məşqçilər korpusu və futbolçular klub rəhbərliyi qarşısında izahat verəcəklər. Bu məğlubiyyətə görə Avroliqanı bəhanə gətirmək olmaz. Həftədə iki oyun keçirmək və heyətdəki futbolçuların yorğunluğu məğlubiyyətə bəraət verməməlidir. Çünki heyətimizdə yetərincə yaxşı futbolçu var. Bu futbolçulardan optimal heyət düzəlldilməlidir” – deyə o bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.