Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Leyard Xocalı aeroportunun yenidən açılması məsələsi haqqında danışıb.
525.az-ın məlumatına görə, Lord Leyard Ermənistanın Xocalı aeroportunun yenidən açılması haqqında planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərək deyib:
“Xocalıda aeroportun açılmasına dair istənilən təklif hal-hazırkı sülh danışıqlarına şübhəsiz mənfi təsir göstərə biləcək təxribat hərəkəti hesab olunur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı heç vaxt oradakı reyslər qrafikinə rəsmi şəkildə icazə verə bilməz və Xocalıdakı aeroport təmas xəttinə çox yaxın olduğu üçün bu aeroportdan istifadə edən istənilən sərnişin üçün açıq-aşkar təhlükə mənbəyidir. Şimali İrlandiyada yaxşı başa düşürük ki, simvolik hərəkətlər zorakılıqlara gətirib çıxara bilər və biz hər iki tərəfin istənilən təxribat xarakterli hərəkətlərdən uzaq durmasını inadla tələb edirik.”