Ermənistan ordusunun ağır artilleriya atəşi nəticəsində Ağdamda yaralanan 8 nəfərdən 4-ü artıq evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, həmin xəstələr lazımi tibbi yardım göstərildikdən sonra evə yazılıblar.
Yaralılardan 1-i əməliyyat olunub və hazırda reanimasiyadadır. Vəziyyəti orta-ağırdır. Digər xəstələrin isə müalicəsi davam etdirilir.
"Bu günə kimi gətirilən yaralılara bütün lazımı tibbi xidmət göstərilib və bundan sonra da göstəriləcək.
Bütün tibbi heyət, tibbi avadanlıqlar, qan bankı tam hazır vəziyyətdədir", - deyə S. Əhmədova söyləyib.