"Qaynanalar" serialında Nuri Kantar roluyla tamaşaçıların sevgisini qazanan aktyor Təkin Akmansoy vəfat edib.
Akmansoya bir müddət əvvəl sətəlcəm diaqnozu qoyulmuşdu.
Uzun illər müxtəlif teatrlarda çalışan Akmansoy 1974-cü ildə başlayan "Qaynanalar" serialında Kayserili hiyləgər biznesmen Nuri Kantar obrazıyla məşhurlaşıb. İllərlə davam edən serialla yanaşı "Qaynanalar" və "Nöri Kantar ailəsi" adlı filmlərdə də bu rolu canlandırıb.
1990-cı illərdə qızı Arzu Akmansoyun rejissoru olduğu "Qaynanalar"ın yeni seriyalarıyla yanaşı "Sonradan görmələr" adlı serialda da oynayıb.
1998-ci ildə xalq artisti adını alıb.