"Dağlıq Qarabağda silahlı qarşıdurma ilə bağlı gərginlik azalmır”.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Moskva Konfransında deyib.
“Dondurulmuş deyilən münaqişələrin eskalasiyası ehtimalı saxlanılır. Son vaxtlar isə vəziyyət daha da gərginləşib. Təəssüf ki, Dağlıq Qarabağda da silahlı qarşıdurma ilə bağlı gərginlik azalmır”, - deyə o çıxışında bildirib.