https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310967_lsdo93d0o6.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
search
23 Aprel 2024
22 Aprel 2024

Tahir Süleymanov: “Əliyar Ağayev, sadəcə, növbəti qurbanlardan biridir”

Tahir Süleymanov: “Əliyar Ağayev, sadəcə, növbəti qurbanlardan biridir”

Sabiq FİFA referisi Tahir Süleymanov Qol.az-a müsahibəsində Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən “Neftçi”-“Qəbələ” oyununda baş hakim Əliyar Ağayevin kobud səhvi və ümumi olaraq Azərbaycanda hakimliyin səviyyəsi haqda danışıb.

- FİFA referisi Əliyar Ağayevdən bu cür səhv gözləyirdiniz?

- Burada Əlayar Ağayevlik bir iş yoxdur. O, sadəcə, dırnaqarası sistemin növbəti qurbanıdır. Təbii ki, “Neftçi”nin qapısına penalti zərbəsi təyin edilməli idi. Oyunda hər iki tərəfin əleyhinə, düzgün olmayan qərarlar verildi. Təkcə Əliyar Ağayevin üzərində dayanmaq lazım deyil. Azərbaycanda o klub yoxdur ki, hakim haqsızlığı ilə üzləşməsin. Bu da növbəti birabırçılığın biri idi. Dünənki oyunun hakim-inspektoru kim idi? Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov. Komitə sədrinin gözü qarşısında belə hallar baş verirsə, deməli, məsələnin kökündə başqa şeylər var. Əliyar Azərbaycanın ən güclü hakimlərindən biridir. Sadəcə, o da növbəti qurbanlardan biridir. Bu sistem aradan götürülməyənə qədər Əliyar kimi qurbanlar çox olacaq.

- Düşünürsünüz ki, Əliyar Ağayev epizodu gördü və qərəzli qərar verdi?

- Bu məsələyə düzgün yanaşmaq lazımdır. Əliyar epizodu çox gözəl görürdü. Hakimin bu epizodu görməməsi mümkün deyil. Sadəcə, Hakimlər Komitəsi futboldan çox şəxsi mənafeyini düşünür. Təbii ki, belə olan halda bu cür hadisələrlə tez-tez qarşılaşacağıq.

- Əliyae Ağayevin növbəti qurban olduğunu dediniz. Hakimlər Komitəsi öz qurbanını necə cəzalandırmalıdır?

- Hakimlər cəzalandırılmamalıdır. Bu şəraiti yaradanlar cəzalanmalı və nəhayət ki, öz layiqli cavablarını almalıdırlar.

- Ümumiyyətlə, Premyer Liqada hakimliyin səviyyəsi  necədir?

- Azərbaycanda hakimlik məktəbi çox güclü olub. Bu gün də çox perspektivli hakimlərimiz var. Hələ üzə çıxmayan istedadlı hakimlər də var. Dürüst, peşəkar iş getmədiyi bir sistemdə istedad da məhv olub gedir. Üzə çıxanlar da bu cür məhv olur. Son 7-8 ildə hakimliyin inkişat etdirilməsi üçün hər cür şərait yaradılıb. Nəticə isə biabırçıdır. Çünki sistemin özü düzgün çalışmır. Onlar illərdir ki, Azərbaycan futboluna yox, müəyyən insanlara qulluq edir. Bunun da acısını futbolumuz çəkir. Onsuz da indiki vaxtda klublarımızın maliyyə qaynaqları azalır. “Qəbələ”, “Qarabağ” və “Neftçi” də maliyyə sarıdan zəifləsə, təsəvvür edin ki, nə baş verər. Hakimlərin əli ilə futbolumuzu bir qədər də gözdən salırlar.

- Birinci divizionda hakim idarəçiliyindən narazılıq daha çoxdur.

- Ümumi futbolumuzda problemlər çoxdur. On ildən artıqdır ki, dövlət  tərəfindən futbolun inkişafı üçün böyük maliyyə ayrılır. Təəssüf ki, bundan lazımı səviyyədə istifadə olunmur. Ortalığa lazımsız layihələr atıblar. Bu yaxınlarda Bakıda 17 yaşlı futbolçulardan ibarət milli komandaların Avropa çempionatı keçiriləcək. Bu, müsbət haldır. Ancaq niyə Qəbələ qıraqda qalır. Qəbələ kimi yüksək infrastrukturlu, gözəl meydançaları olan bölgə yoxdur.  Bütün oyunlar Bakıda keçiriləcək. Hansı ki, bu illər ərzində Gəncə, Zaqatala və digər bölgələrimizdə oyunların keçirilməsi üçün hər cür şərait yaratmaq olardı. Yəni vəsait, dövlət qayğısı var, ancaq işə münasibət düzgün deyil. 17 yaşlı futbolçulardan ibarət milli komandada legionerlərin olması absurddur. Hanı qeydiyyatdan keçən 90 min gənc futbolçu? Çox təəssüf ki, son 10 ildə klub futbolundan başqa heç bir uğurumuz yoxdur. Belə davam etsə, “Qarabağ” və “Qəbələ”nin də dözməsi mümkün deyil. Bu cür rəqabətsiz çempionat onların avrokuboklardakı çıxışına təsirsiz ötüşməyəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.