Rusiya Xəzər donanması hərbi təlimlər keçirib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, təlimlərdə “Kalibr” raket komplekslərindən atışlar həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, atışlar zamanı şərti hədəflərin hamısı məhv edilib.
Ümumilikdə təlimlərdə 20-dək hərbi gəmi iştirak edib, minədək müxtəlif hərbi sursatlardan istifadə olunub.
Təlimlər zamanı Rusiya Hava Hücumlarından Müdafiə Qoşunlarının Hərbi Hava Qüvvələrinin dördüncü ordu aviasiyası ilə qarşılıqlı fəaliyyəti sınaqdan keçirilib.