“Dünya ədəbiyyatı tarixində elə bir şair, yazıçı şəxsə rast gəlinməyib ki, öz xalqını son həddə qədər aşağılasın və təhqir etsin”.
525.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin çərşənbə günü keçirilən iclasında bildirib: , “Bu Əkrəm Əylislinin Azərbaycan xalqını aşağılayan ilk yazısı deyil. O 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində də yazdığı yazıda azərbaycanlıları aşağılamağa, erməniləri isə yuxarı tutmağa çalışırdı.
Hətta o zamanlar SSRİ dövründə “Drujba narodov” jurnalının baş redaktoruna yazdığı müraciətdə bildirirdi ki, mən yaxşı örnəkləri öz millətimdə tapmadığım üçün başqa millətlərdən götürmüşəm”. N.Cəfərov qeyd edib ki, yazdığı əsər yeni xəyanət deyil, köhnənin xəyanətidir.
“Mən Əkrəm Əylislini hər zaman istedadlı insan hesab etmişəm, lakin istedadlı insanın öz xalqına vurduğu ziyan daha təsirli olur”, - komitə sədri deyib.
Deputat Leyla Abdullayeva bildirib ki, Əkrəm Əylislinin əsərləri orta məktəb dərsliklərindən çıxarılmalıdır.
Millət vəkili Sahibə Qafarova “Daş yuxular”ı bədii cəhətdən çox zəif əsər kimi qiymətləndirib. “Bu əsərdə nə tarixi həqiqət var, nə bədii”, - o deyib.
Deputat Jalə Əliyeva isə Əkrəm Əylislini müdafiə edənləri tənqid edib: “Mən o insanları ağlını başına yığmağa çağırıram. Bu həna o hənadan deyil”.
Nəsiminin qəzəlləri "Audio Kitab" layihəsində Bakı Kitab Mərkəzində “Azercell”in "Audio Kitab" layihəsi çərçivəsində İmadəddin Nəsiminin qəzəl və rübailərinin audio kitab formatında səsləndirilməsinə həsr olunmuş tədbir keçirilib.... 09.12.19
Bakı Slavyan Universitetində Xalq yazıçısı Anarla görüş Dünən Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yaradıcılığına həsr olunmuş "Qələmin əfsunu" adlı tədbir keçirilib.
... 07.12.19
Nəsimi Pedaqoji Universitetinin Şamaxı filialında anıldı Dünən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji... 06.12.19
Günel Natiq yeni kitabını təqdim edib Dekabrın 4-də, Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, jurnalist Günel Natiqin "Məhəbbət quşları" kitabının təqdimat mərasimi və imza günü keçirilib. ... 06.12.19
Güldanda nar ağacı bitirən şair... Kitablar müxtəlif olur, kitab təqdimatları da. Həyatımda ilk dəfə təqdimatını gözlədiyim kitab üçün getdim. Ayanın atası Adil Mirseyidin kitabının təqdimatına. ... 05.12.19
650 illik yubiley üçün 650 misra - Fotolar Dekabrın 4-də Moldovanın paytaxtı Kişineuda, Moldova Milli Tarix Muzeyinin “Bürünc zal”ında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.... 05.12.19
Daşkənddə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrilə bağlı tədbir Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan... 04.12.19