Avropa Komissiyası rəsmi Ankaranın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə Türkiyəyə viza ləğvini təsdiq etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən BBC məlumat verib.
Xatırladaq ki, Avropa Komissiyasının aprelin sonlarında yayılmış bəyanatında Türkiyənin göstərilən müddətə qədər bütün şərtləri yerinə yetirəcəyi təqdirdə bu ölkəyə vizasız rejimin təklif oluna biləcəyi qeyd edilmişdi.