https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Gözünə su ver, ərəb şeyxi!..

Gözünə su ver, ərəb şeyxi!..

Aydın BAĞIROV
[email protected]

...Çünki “Lester” İngiltərə çempionu olub. Yox, bu ifadə Ranyerinin komandasının uğurunu tam ifadə etmir. “Lester” təkcə çempion olmayıb, möcüzə yaradıb, möcüzə!

Pulun başına min bir oyun açmaqla deyil ki... Hanı həmin o ərəblərin idarə etdiyi “Mançester Siti”? Bəs, İngiltərənin digər varlı və zadəgan klubları?

Hardadı, “Mançester Yunayted”?

Hardadı, “Arsenal”?

Hardadı, “Liverpul”?

“Çelsi” hara yoxa çıxıb?


“Forbes”in 2015-ci il üçün siyahısında bu klubların hamısı ilk onluğa düşüb. Ən varlı, daha doğrusu, ən çox gəlir əldə edən klublar kimi...


3-cü yer. “Mançester Yunayted” – 519 milyon avro.
6-cı yer. “Mançester Siti” – 463 milyon avro.
7-ci yer. “Arsenal” – 435 milyon avro.
8-ci yer. “Çelsi” – 420 milyon avro.
9-cu yer. “Liverpul” -  391 milyon avro.

...Və bütün bu pul əjdahalarının yanında “Lester” builki büdcəsi ilə yetim uşağa bənzəyirdi. Cəmi 24 milyon funt sterlinq. Yəni hardasa, 30 milyon avrodan bir balaca çox.

Amma...

Bilirsiz də, pul futbol oynamır axı. Futbolu adamlar oynayır. Futbolu adamlar oynadır, beyin idarə edir.

Və o beyin doğru, saat dəqiqliyi ilə işləyəndə, olursan Klauidio Ranyeri!

...Bye, bye, Venger, Pelleqrini, Klopp, Hiddink, van Qal...

Əl-fatihə, “Mançester Siti”!

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.