https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

"Qarabağ" və "Neftçi" yenə finalda

"Qarabağ" və "Neftçi" yenə finalda

Dünən Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, keçiriləcək iki oyunlar finalçıların adı bəlli olub.

Günün ilk  matçında “Qəbələ” “Neftçi”ni qəbul edib. Komandalar ilk oyunda 1:1 hesablı bərabərə qaldığından bu oyuna maraq böyük idi. Cavab matçında da eyni hesab qeydə alındığından oyunda əlavə vaxta ehtiyac yaranıb. Burada başqa qol olmadığından qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Bu seriyada daha dəqiq oynayan (4:3) "Neftçi" finala yüksəlib. "Qəbələ"dən Vitali Vernidub və Samir Zərgərov, "Neftçi"dən isə Anyete penaltidən yararlana bilməyib.

Digər görüşdə isə “Qarabağ” “İnter”i qəbul edib. Səfərdə keçirilən ilk oyunda 4:0 hesablı qələbə qazanan Ağdam klubu bu dəfə də qalib gəlib - 1:0.

Beləliklə, Azərbaycan kubokunun finalında "Qarabağ" və "Neftçi" üz-üzə gələcəklər. Bu komandalar ötən mövsüm finalda qarşılaşmışdılar. Həmin matçda "Qarabağ" 3:1 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 25-i keçiriləcək.

4 may (çərşənbə)

Azərbaycan kuboku, yarımfinalın cavab oyunları

19:00.“Qarabağ” – “İnter” - 1:0
(İlk oyun – 4:0)
Qol
: Migel Madera, 24 (1:0)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
"Əlincə Arena"

68-ci dəqiqədə "İnter"in futbolçusu Vüqar Nadirov penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini qapıçı Fərhad Vəliyev dəf edib.

16:00. “Qəbələ” – “Neftçi” - 1:1 (Penaltilər seriyası - 3:4)

"Qəbələ": + + + - -

"Neftçi": + + + - +

Qollar: Ruslan Qurbanov, 59 (0:1), Ermin Zets, 76 (1:1)
(İlk oyun – 1:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.