https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Ramin Musayev: "Final oyunu Gəncədə yox, Bakıda olacaq"

Ramin Musayev: "Final oyunu Gəncədə yox, Bakıda olacaq"

Azərbaycan kubokunun final matçı bölgədə keçirilməyəcək.

525.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.

Onun sözlərinə görə, "Qarabağ"la "Neftçi" arasındakı qarşılaşma paytaxt stadionlarından birində təşkil olunacaq.

R.Musayev stadionun adının mayın 6-da hər iki klubun nümayəndələri ilə görüşdən sonra açıqlanacağını bildirib:

"Gəncə şəhər stadionunda süni işıqlandırma yoxdur. Bu halda gərək oyunu gündüzə təyin edək. Amma mayın sonlarında isti hava şəraitində orada günorta saatlarında oyunun keçirilməsi münasib deyil. Qəbələ şəhər stadionunda ötən il final görüşünü təşkil etmişik.

Ona görə də matçın paytaxtdakı təbii örtüklü stadionlardan birində təşkili daha yaxşı olardı. Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlanır. Sabah klubları bir araya gətirib müzakirə aparacağıq və ən əlverişli qərarı qəbul edəcəyik".

PFL prezidenti final oyunu üçün münasib stadionların adlarını da çəkib. Onun sözlərinə görə, mövsümün son görüşü Bakı Olimpiya Stadionu və "Dalğa Arena" ilə yanaşı, "Bakcell Arena" və hətta "Əlincə Arena"da da keçirilə bilər.

R.Musayev bildirib ki, "Bakcell Arena" "Neftçi"yə məxsus olsa da, "Qarabağ"ı da qane edər. "Əlincə Arena"nın isə tamaşaçı tutumu və şəraiti də belə məsul görüşün təşkili üçün əlverişlidir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.