İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi Maruan Fellaini ("Mançester Yunayted") və Robert Xutu ("Lester") cəzalandırıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna sözügedən futbolçuların "Mançester Yunayted" - "Lester" görüşünün 21-ci dəqiqəsində bir-birlərinə qarşı düzgün olmayan hərəkətlər etmələri səbəb olub. Buna görə hər iki futbolçu üç oyunluq cəzalandırılıb.
Qeyd edək ki, "Mançester Yunayted" - "Lester" matçı 1:1 hesabı ilə başa çatıb.