“Formula-1” yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, sürücülərə alternativ olaraq Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkəti təşkil edilib.