https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Rəsul Çunayev 68 saniyəyə finalda

Rəsul Çunayev 68 saniyəyə finalda

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya Təsnifat Turniri keçirilir.

Qol.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək.

İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Bu gün Azərbaycan təmsilçilərindən Rəsul Çunayev və Şalva Qadabadze yarışır.

66 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gəlib. Rəqibini 19 saniyədə məğlub edən "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionumuz 1/8 finala yüksəlib. Bu mərhələdə belaruslu Pavel Liaxa 9:7 hesabı ilə qalib gələn Çunayev 1/4 finala adlayıb. O, yarımfinala yüksəlmək uğrunda görüşdə polşalı David Kareçinski ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdən 6:1 hesabı ilə qalib ayrılan Çunayev yarımfinala vəsiqə qazanıb.

Güləşçimiz finala gedən yolda erməni əsilli Fransa idmançısı Artak Marqaryanla üz-üzə gəlib. Çunayevə finala çıxmaq üçün cəmi 68 saniyə kifayət edib. Rəqibinə 8:0 qalib gələn idmançımız adını finala yazdırmaqla yanaşı, Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Çunayev finalda qırğızıstanlı Ruslan Tsarevlə güləşəcək.

Digər təmsilçisimiz Şalva Qadabadze mübarizəyə 1/8 finaldan qoşulacaq. 98 kq çəki dərəcəsində yarışan Qadabadze ilk görüşündə avstriyalı Daniel Qastla üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finala adlayıb. O, burada norveçli Feliks Baldaufla güləşəcək. 

Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.