Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundova xəstəxanadadır.
Bir neçə gün öncə səhhəti pisləşən sənətkarı şəhər xəstəxanalarının birinə yerləşdirilib.
Bu barədə Modern.az-a bəstəkarın yaxınları məlumat veriblər. Verilən məlumata görə, Şəfiqə Axundova artıq bir neçə gündür müalicə alır.
Qeyd edək ki, 89 yaşlı Xalq artisti uzun müdddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.