Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Avropa Parlamentinin azərbaycanlı zabit Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməni şərh edib.
525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, jurnalistlərə açıqlama verən səfir bildirib ki, Avropa Parlamenti tam müstəqil qurum kimi bu və ya digər məsələ ilə bağlı fikrini ifadə etməkdə sərbəstdir: “Biz Avropa Parlamentinin mövqeyini hərdən bölüşür, hərdən isə bölüşmürük. Ramil Səfərov məsələsi artıq keçmişdə qalıb, biz gələcəyə baxmalıyıq”.