Bakı və Abşeron yarımadasında fevralın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.