İmişlidə dəhşətli qətl hadisəsi törədilib.
İmişli Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mənsudi Orucov 66 BB 616 dövlət nömrə nişanlı, VAZ 2107 markalı şəxsi avtomobilində yandırılıb.
Qeyd edək ki, M. Orucov avtomobilindən taksi kimi istifadə edirmiş.
Faktla bağlı araşdırma aparılır.