Soyğunçuluqda ittiham olunan şəxs Balakəndə tutulub.
Daxili İşlər Nazirliynin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının Xantı-Mansiysk Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan Şamil Binalov tutulub.
Binalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə ittiham olunur.