Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, prezident iqamətgahında baş tutan görüş yerli vaxtla saat 01: 25 başlayıb.
Bağlı qapılar arxasında keçirilən görüş təxminən 2 saat davam edib.
Mayın 22-də AKP-nin fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. Prezident Ərdoğan yeni partiya başqanına 65-ci hökuməti qurmaq səlahiyyəti verib.
Qeyd edək ki, ötən axşam Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub.