Növbəti mövsümdən Almaniya Bundesliqasında oynamaq hüququ verən pley-off mərhələsinin cavab oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, II Bundesliqanın 3-cüsü olan "Nürnberq" ötən mövsüm Bundesliqanı 16-cı pillədə başa vuran "Ayntraxt"la qarşılaşıb.
Frankfurt təmsilçisi ilk oyunda evdə "Nürnberq"lə 1:1 bərabərə qalıb. Lakin cavab görüşündə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Ayntraxt" növbəti mövsümdə də Bundesliqada oynamaq hüququ qazanıb.