https://525.az/img/pics/medium/2024-04/310356_hm8wt1knq6.jpg "Gürcü arzusu"nun israrı
https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
search
18 Aprel 2024
17 Aprel 2024

Bakıda növbəti qolf yarışı keçirilib

Bakıda növbəti qolf yarışı keçirilib

Mayın 15-də Dreamland Qolf Klubunda Fairmont Baku otelinin sponsorluğu ilə həvəskarlar arasında növbəti qolf yarışı keçirilib.

Yarışda 72 nəfər iştirak edib. Otel öz növbəsində qaliblərə və fərqli bacarıqları nümayiş etdirən oyunçulara spa vauçerləri, oteldə gecələmə və s. hədiyyələr təqdim edib. Bundan əlavə olaraq həmin gün ilk dəfə olaraq skrambl üçün nəzərdə tutulan yemək və içkilər də Fairmont Bakı oteli tərəfindən təmin edilib.

Qeyd edək ki, Dreamland Qolf Klubunda keçirilən qolf turnirləri son dövrlərdə klub üzvləri və qonaqlar arasında populyarlıq qazanıb. Hər tədbirdən öncə oyunçular üçün səhər yeməyi təşkil edilir. Bunun ardınca isə hər komanda öz arasında qısa brifin edərək sahədə güclərini sınamağa gedirlər.

Yarışda Lesli Tulles, Alisdar Sti, Skot Donaldson və Adam Makdonald qalib olublar.

Ikinci yeri 58.8 xalla Frenk Vilson, Evan Drammond, Erik Braun və Pol Vinkldan ibarət komanda qazanıb.

59.6 xalla isə üçüncü yerə Qreq Boyl, Con Kvin, Den Lyuis və Devid Louson dan ibarət komanda layiq görülüb.

Gün ərzində oyunçular səriştə tələb edən Fairmont Bakı otelinin sponsorluq etdiyi müxtəlif yarışlarda da iştirak ediblər.

Turnirdən sonra oyunçuların mükafatlandıma mərasimi keçirilib.

Növbəti turnir iyun ayının 12-ci Formula 1 münasibətilə keçiriləcək.

Samirə QULİYEVA

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.