Mayın 24-dən Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniya Krallığına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi, eləcə də hərbi hissə və hərbi sənaye kompleksinə daxil olan şirkətlərin ziyarət olunması nəzərdə tutulur.