https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

Çingiz Abdullayev: "Neftçi" Azərbaycanda yeganə komandadır ki..."

Çingiz Abdullayev: "Neftçi" Azərbaycanda yeganə komandadır ki..."

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan kubokunun finalında “Qarabağa”  məğlub olduqları oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Kubokun finalında son dəqiqələrdə gələn qolla məğlub oldunuz...

- Çox yaxşı oyun oldu. Keçən il komandamızda əcnəbi futbolçular üstünlük təşkil edirdi. Bu il isə komandanın əksəriyyəti cavan, yerli futbolçulardan ibarətdir. Biz bununla fəxr edirik ki, bir ildə bu heyəti yavaş-yavaş qura bildik. İnanırıq ki, uğurlarımız hələ qabaqdadır.

- Hakimin qərarları sizi qane etdimi?

- Mən dəfələrlə demişəm, indi də deyirəm. Oyundan sonra yığışıb hakimə nəsə söz demək, ümumiyyətlə düz deyil. Xüsusi inspektorlar var. Onlar hakimlərə baxıb, öz sözlərini deyirlər. Komanda qələbə qazanıb və ya məğlub olursa, hakimi oyundan sonra tərifləmək və ya pisləmək qəti düzgün deyil.

- Demək olar ki, bütün komanda ilə müdafiəyə çəkilən “Neftçi”dən nə yaza bilərik?

- Mən hesab edirəm ki, “Neftçi” çempionatı altıncı yerdə başa vurmasına baxmayaraq, çox güclü komanda olan “Qarabağ”la bərabər səviyyəli oyun oynadı. 120 dəqiqə heç-heçə etdik. Lakin son dəqiqələrdə qapımızda qolu gördük. Bunları yaza bilərsiniz.

- Bu mövsüm avrokuboklara vəsiqə qazanmağı “Neftçi” üçün uğur saymaq olar?

- Bizim məqsədimiz  ya ölkə çempionatı mükafatçılar sırasında başa vurmaq, ya kubokda finala yüksəlmək idi. Əsas hədəfimizi avrokuboklara vəsiqə qazanmaq idi. Bu baxımdan deyə bilərik ki, məqsədimizə çatdıq. Amma hesab edirəm, nöqsanlarımız bu il çox idi. Xeyli dəyişikliklər oldu. Mayın 28-i Müşahidə Şurasında bu məsələlərin hamısını müzakirə edəcəyik.

- “İnter”in cəzası ləğv olunsa, “Neftçi” avrokuboklardan kənar qala bilər...

- Mən bildiyim budur ki, onların məsələsinə iyulda baxılacaq. Amma həmin vaxta qədər artıq birinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Bu halda nəyinsə dəyişməsi inandırıcı görünmür. “İnter”ə böyük uğurlar arzu edirəm.

- Yeni bazanın inşası ilə bağlı nə deyə bilərsiniz?

- Təzə bazanın inşasını qutarırıq. İnandırım sizi, Azərbaycanda belə baza yoxdur. Bazanı hələ tikib qurtarmamışıq, amma ora əcnəbilər, ingilislər indidən gəlib məşq edir. Ona görə də hesab edirəm ki, yaxşı hazırlıq görmüşük. Amma istəyirik ki, birinci növbədə əsas komandanın uğurları olsun.

Ümid edirik ki, gələn il uğurlarımız daha çox olacaq. Dünyada elə çempionat, kubok yoxdur ki, orada finala çıxan komanda uğursuz hesab olunsun. Hər yerdə yazılıb ki, bu komanda finala çıxıb. “Neftçi” Azərbaycanda yeganə komandadır ki, 5 il ard-arda finala çıxıb. İnanıram ki, 6-cı daha uğurlu olacaq.

Qol.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.