Prezident İlham Əliyev Mərdan Camalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mərdan Talıb oğlu Camalov “Şöhrət” ordeni ilə təltif edilib.
Xatırladaq ki, Mərdan Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır.