“Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Dövlət başçısı tədbirdə nitq söyləyib.
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.
Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib. Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.