“Ana dilimizi sevək, sevdirək” adlı ümumrespublika müsabiqəsinin qalibləri müəyyənləşib
Azərbaycan Dövlət Milli Dram Teatrında “Dilimiz varlığımızdır” devizi altında 10-cu “Ana dilimizi sevək, sevdirək” adlı ümumrespublika müsabiqəsinin yekun turu keçirilib.
“Çağ” Öyretim İşlətmələri şirkətinin Azərbaycan-Türkiyə özəl liseyləri tərəfindən, Təhsil Nazirliyinin təşkilatı və əməyi dəstəyi ilə təşkil olunub.
Tədbirin açılışda çıxış edən Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz bildirib ki, müsabiqənin 21 fevral - Beynəlxalq Ana dili gününə həsr edilib. Onun sözlərinə görə, müsabiqənin məqsədi ölkədə dilə sevgi, hörmət hissini aşılmaqdan ibarətdir. “Ana dilimizi sevək, sevdirək” adlı ümumrespublika müsabiqəsi üç mərhələdən, qrammatika, yazı, şeir, musiqi, internet saytı kateqoriyalarından ibarət olub.
Tədbirin davamında “Çağ Öyrətim” İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən isə qeyd edib ki, müsabiqənin I mərhələsində 1 115 məktəbdən 38 428 şagird, II mərhələdə 135 şagird iştirak edib. Onun sözlərinə görə, müsabiqənin III mərhələsinə mahnı kateqoriyası üzrə 6 nəfər, şeir kateqoriyası üzrə 5 nəfər, qrammatika kateqoriyası üzrə 10 nəfər, internet saytı hazırlamaq kateqoriyası üzrə 10 nəfər vəsiqə qazanıb. Onların hər birindən sonda 3 yer üzrə qalib seçiləcək və onlar beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək şansı qazanacaq.
Təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, “Ana dilimizi sevək, sevdirək” adlı ümumrespublika müsabiqəsi üç mərhələdən, qrammatika, yazı, şeir, musiqi, internet saytı kateqoriyalarından ibarət olub. Müsabiqənin artıq I və II mərhələsi başa çatıb, III yekun mərhələ isə fevralın 18-də keçiriləcək: “Müsabiqənin I mərhələsində respublikanın 1115 məktəbindən 38428 şagird, II mərhələsində 135 şagird iştirak edib. Müsabiqənin III mərhələsinə mahnı kateqoriyası üzrə 6 nəfər, şeir kateqoriyası üzrə 5 nəfər, qrammatika kateqoriyası üzrə 10 nəfər, internet saytı hazırlamaq kateqoriyası üzrə 10 nəfər vəsiqə qazanıb. Yekun turunu respublikanın görkəmli dilçilərindən ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələri, pedaqoqlardan ibarət münsiflər heyəti qiymətləndirib”.
Qafqaz Universitetinin rektoru Ahmet Saniç və digər qonaqlar çıxış edərək bu müsabiqənin keçirilməsini yüksək qiymətləndirib.
Tədbirin sonunda respublikanın görkəmli dilçilərindən ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələri, pedaqoqlardan ibarət münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri müəyyənləşib. Belə ki, hər nominasiya üzrə 3 yerin qalibinə dəyərli hədiyyələr və mükafatlandırılıb. Bundan əlavə, hər 3 qalib bu ilin yayında keçiriləcək Türkiyədə keçiriləcək Beynəlxalq türk dili olimpiadasında iştirak şansı qazanıblar.
S.QARAYEVA