Təhsil Nazirliyi Xızıda baş verən yol-nəqliyyat qəzası ilə bağlı açıqlama yayıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərdə bildirilib ki, ötən gün asudə vaxtlarını öz təşəbbüsləri ilə Xızı rayonunda keçirmək məqsədilə bu bölgəyə səfər edən Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup müəllim və texniki heyəti yol-nəqliyyat hadisəsi nəticəsində qəza keçirib.
Qəzada Sumqayıt Dövlət Texniki Kollecinin 3 nəfər əməkdaşı ölüb, digərləri isə müxtəlif dərəcədə xəsarət alıb:
"Nazirlik bu hadisə nəticəsində ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların isə tezliklə sağalmalarını arzu edir".