“Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, sülh yolu ilə tənzimlənməsinin və atəşkəs rejiminə hörmət edilməsinin vacibliyini bildirdik”.
APA-nın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Varvaşa Univeristetində erməni tələbənin Azərbaycan və Ermənistan təmas xəttində baş vermiş son hadisələrlə bağlı sualını cavablandırarkən deyib.
NATO-nun hadisələr zamanı sakit qalmadığını söyləyən Y. Stoltenberq təşkilatın bəyanatda çıxış etdiyini xatırladıb: “Biz bununla bağlı bəyanat verdik. Hər iki tərəfə atəşkəs rejiminə hörmət edilməsi ilə bağlı müraciət etdim. Münaqişənin hərbi yolla həllinə inanmıram”.