https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
search
19 Aprel 2024
18 Aprel 2024

Cavid Hüseynov amnistiya ilə azadlığa çıxa bilər?

Cavid Hüseynov amnistiya ilə azadlığa çıxa bilər?

Vəkil Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynova 4 il cəza verilməsilə razılaşmayaraq apellyasiya şikayəti verəcək.
 

525.az-ın "Modern.az"a istinadən verdiyi xəbərə görə, bu barədə A.Məmmədovun özü məlumat verib.

O qeyd edib ki, məhkəmə tamamilə ədalətsiz qərar verib:
“Məhkəmə nəinki ədaləti pozdu, heç cəza hissəsini də nəzərə almadı. Əslində biz bəraət gözləyirdik. Heç olmasa müəyyən yüngüllləşdirici halları nəzərə alıb 2 il şərti cəza veriləcəyini düşünürdük. Çox təəssüf ki, bu da baş vermədi.

Prokuror istədiyi cəza ilə məhkəmə qərar çıxardı. Bu gün məhkəmə bir növ “notarius” rolunu oynadı. İttiham aktını olduğu kimi hökmə köçürüb qərar çıxardılar”. Vəkil deyib ki, apellyasiya şikayətini bu gün hazırlayacaq:

“Yəqin ki, yaxın 2-3 günə şikayəti məhkəməyə təqdim edəcəyik”.

Millimizin sabiq üzvü amnistiya aktının təsiri altına düşə biləcəkmi?

A.Məmmədov bildirib ki, hakimin naməlum səbəbdən məhkəmə prosesini 25 maydan bu günədək (31 may) təxirə salması C.Hüseynovun amnistiyaya düşmə ehtimalının da qarşısını kəsib:

“Qərara görə, amnistiya iyun ayının 15-nədək qanuni qüvvəsini alan şəxslərə şamil edilir. Cavid amnistiyaya düşəcəkdi.

Prokurorluq və məhkəmə qəsdən hökm oxunmasını mayın 31-nə saxladı. Hökm 24-25-də elan olunsaydı, iyunun 15-də qanuni qüvvəsini alacaqdı və Cavid azadlığa çıxacaqdı. Mayın 31-nə saxladılar ki, o, amnistiyaya düşməsin. Cavid barədə çıxarılan hökm iyunun 20-də qanuni qüvvəsini alacaq. Beləliklə, müvəkkilimin amnistiyaya düşməsini də əngəllədilər. İlk dəfədir ki, hökm oxunması 5 günlük təxirə salınır”.

Futbolçu bu qərarla qətiyyən razılaşmır.

A.Məmmədov bildirib ki, məhkəmələr təzyiq, təsirdən çəkinərək belə bir qərar çıxarıb:

“Qəbul edilən qərar məcburi xarakter daşıyır. “Qərara jurnalist ölüb, bəraət verilsə, dünya bizə nə deyər” prinsipi ilə yanaşıldı. Hər yerdən təzyiqlər oldu. Təzyiqlər olmasaydı, Cavidi həbs etməzdilər”.

Hüquqşünas bildirib ki, futbolçu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək:

“Apellyasiya şikayəti verəcəyim üçün o, hələlik Bakı İstintaq Təcridxanasında saxlanacaq”.

Səbail rayon Məhkəməsində reportyor Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən, "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.