|
|
|
|
BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Əl Ahdar Əl İbrahimi Bəşər Əsədin islahat istəmədiyini söyləyib.
Dəməşqə ilk səfərindən sonra BMT Təhlükəsizlik Şurası üzvlərinə brifinq verən İbrahimi Əsədin ölkədə 40 illik diktatorluğun sonunu gətirə biləcək islahatları istəmədiyini bildirib.
İbrahimi Əsəd rejiminin üsyanları xaricdən idarə olunan oyun kimi dəyərləndirdiyini və hələ də əvvəlki Suriyanı geri gətirmək iddiasında olduğunu deyib.
Xüsusi nümayəndə Əsəd rejiminin məhkumlara sistemli işgəncə verdiyini və insanların dövlət xəstəxanasına getməkdən belə qorxduğunu söyləyib.
İbrahimi eyni zamanda ölkədə ciddi ərzaq qıtlığının yarandığını vurğulayıb.