Bakının mərkəzində təmir-tikinti işləri ilə əlaqədar yol bağlanılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar Neftçilər prospektindən və Afiyəddin Cəlilov küçəsindən Yusif Səfərov küçəsinə giriş müvəqqəti bağlanılıb.