Türkiyə prezidenti Abdullah Gül Serj Sərkisyanı yenidən Ermənistan prezidenti postuna seçilməsi münasibətilə təbrik edib.
525.az-ın məlumatına görə, bu təbrik həm Türkiyədə, həm Azərbaycanda birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Ermənistanda keçirilən prezident seçkilərində Serj Sərkisyan rəqiblərindən daha çox səs toplayaraq yenidən prezident seçilib.