Fevralın 26-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək.
525.az-ın məlumatına görə, tədbirdə Avropa Parlamentinin deputatları, region üzrə ekspertlər, beyin mərkəzlərinin təmsilçiləri, həmçinin media nümayəndələri də iştirak edəcəkdir.
Tədbirdə Xocalı faciəsi və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr olacaqdır. Avropa İttifaqının üzv dövlətləri Çexiya və Rumıniya parlamentlərində Xocali faciəsinin bəşəriyyətə qarşı cinayət kimi tanınması barədə qəbul olunmuş qərarların əhəmiyyəti də vurğulanacaq.