|
|
|
|
Xeyli vaxtdır yerli mətbuata danışmağı dayandıran qalmaqallı “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylisli bir daha yerli mətbuata açıqlama verməyəcəyini vurğulayıb.
O qeyd edib ki, bundan sonra əgər kimsə onun adından nələrsə yazarsa, qanun-qaydaları pozmuş olur.
“Çünki mən artıq 10 gündən çoxdur ki, yerli mətbuata açıqlama vermirəm və heç bir fikir bildirmirəm” – deyə Əkrəm Əylisli vurğulayıb.
Qeyd edək ki, Əkrəm Əylisli yazdığı “Daş yuxular” əsəri ilə böyük qalmaqala səbəb olmuşdu. Buna görə o, xalq yazıçısı titulundan və prezidentin fərdi təqaüdündən məhrum edilib.