525.az Türkiyə mediasına istinadən məlumat verir ki, Tuncelidə PKK terrorçuları hərbçiləri daşıyan minibusun keçdiyi yolda uzaqdan idarə olunan bombanı partladıblar. İki maşının yanması nəticəsində 6 hərbçi və yoldan keçən bir qadın həlak olub. Qadının yanında olan həyat yoldaşı isə ağır vəziyyətdədir.