Azərbaycan prezidenti İlham Əliyev dəniz nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, aşağıdakı şəxslər Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib:
Abdullayev Şaiq Bəhram oğlu Behbudov Ağalar Mürşüd oğlu Əliyev Azər Əhməd oğlu Fərəcli Cəlal Həsənağa oğlu Xamoyev İsaməddin İslam oğlu İsmayılov Elvin Fərman oğlu Qurbanov Fuad Hacı oğlu Məmmədov Adil Əhməd oğlu Mirqulamov Rəfail Mirdadaş oğlu Mirzəyev Seymur Əmirxan oğlu Panəliyev Rza Talıb oğlu Rəfiyev Azər Kamil oğlu Rəsulov Nazim Nadir oğlu Sadıqov İlyas Əlixan oğlu Şahbazi Samir Faiq oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Mahmudov Əmir Hüseyn oğlu və Talıbov Nurməhəmməd Şixməhəmməd oğluna Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilib.