Bu gün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) yeni rəisi şəxsi heyətə təqdim olunub.
APA-nın cənub bürosunun məlumatına görə, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Lənkəran ŞRPŞ-nə yeni təyin olunmuş rəis İslam Hümbətovu şəxsi heyətə təqdim edib.
Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əvvəlki rəisi, polis polkovniki Möhübbət Hüseynov Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilib.
Polis polkovniki İslam Hümbətov isə bu təyinata qədər Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.