İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində ölən və yaralananların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların arasında bir neçə xarici vətəndaş var.
APA-nın məlumatına görə, bu barədə “Röyters” yerli rəsmi qurumlara istinadən xəbər yayıb.
Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
Terror aktının "İŞİD" terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.