Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində tıxac yaranıb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, buna “Şəfa” stadionun yaxınlığında tunel və piyada keçidinin tikilməsi ilə əlaqədar həmin yolda hərəkətin məhdudlaşdırılması səbəb olub.
V. Əsədov tikinti ilə əlaqədar olaraq paytaxtın Babək və Nobel prospektlərində də avtomobillərin hərəkətində sıxlıq yarandığını bildirib.