|
|
|
|
Sumqayıt Dövlət Rəsm Qalereyasında "Rənglərin rəqsi" adlı sərgi açılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamlar Şəmsəddin Böyükdüzlü, Nuranə Əliyeva, Ülviyyə Abdullayeva, Ahmet Kaya, Fuad Qəmbərov və başqaları da daxil olmaqla rəssamların 25 rəsm əsəri nümayiş olunub.
Silahlı Qüvvələr Gününə həsr edilmiş sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti vətənpərvərlik mövzusuna həsr edilib. Azərbaycan bayrağının rənglərini özündə ehtiva edən əsərlərdə ölkəmizin haqlı mübarizədən qalib çıxacağına əminlik ifadə olunub.
Müəlliflər Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib.
Sonda Sumqayıt Səhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında təqdim olunan konsert proqramı maraqla qarşılanıb.