https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
search
24 Aprel 2024

Markeviç istefa verdi

Markeviç istefa verdi

"Dnepr" klubunun baş məşqçisi Miron Markeviç istefa verib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə ukraynalı mütəxəssisin özü məlumat verib.

O, vəzifəsindən getməsini klubdakı maliyyə problemləri ilə əlaqələndirib:

"Artıq "Dnepr"in gələcəyi haqda düşünməyəcəm. Çünki istefa verdim. Bu komandada işləməyimə heç bir səbəb görmürəm. Özü də pulsuz. Biz sivil dünyada yaşayırıq və əməyimizin haqqını almalıyıq. Futbolçuları da bir-bir itiririk. Demək olar ki, bütün oyunçular digər ölkələrə və klublara gediblər. Anladım ki, artıq gənc futbolçular və gənc məşqçilərlə işləməyin vaxtı gəlib çatıb. "Dnepr"in Premyer Liqadan kənarlaşdırılması ehtimalına gəlincə, komandanı aşağı liqada təsəvvür etmək çətindir. Çünki "Dnepr" sıradan komanda deyil".

Qeyd edək ki, Ukraynanın köklü klublarından olan "Dnepr"in maliyyə problemləri səbəbindən ölkə çempionatında fəaliyyətini dayandıracağı iddia olunur.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.