https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Polşa – Portuqaliya: məşqçilər nə deyir?

Polşa – Portuqaliya: məşqçilər nə deyir?

Avro-2016-nın bu gün keçiriləcək Polşa – Portuqaliya oyunu ərəfəsində hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, onlar komandalarının görüşə hazır olduğunu bildiriblər.

Adam Navalka, Polşa millisinin baş məşqçisi:

- Biz artıq sübut etmişik ki, çox şeyə qadirik. Amma hər halda gəlin, oyunu gözləyək. Bizim Avropa çempionatında uğur qazanmağımız təəccüblü sayılmamalıdır. Çünki yarışa yaxşı hazırlaşmışdıq, oyundan-oyuna da artırdıq. Portuqaliyaya layiqli müqavimət göstərəcəyik. Onıarın xüsusilə hücum xəttində yaxşı oyunçuları var. Rəqib əks-hücumda təhlükəlidir. Çətin oyun gözləyirik. Amma çalışacağıq ki, oyuna nəzərət bizdə olsun.

Robert Levandovski vacib futbolçudur. O, həm mərkəz hücumçusu, həm də kapitanımızdır. Bu, ikiqat məsuliyyətdir. Hazırda Robert əla fiziki və psixoloji formadadır.

Fernandu Santuş, Portuqaliya millisinin baş məşqçisi:

- Polşa ilə oyunun favoriti yoxdur. Şanslar 50/50-dir. Hamı Ronaldo haqda danışır. Çünki o, qeyri-adi futbolçudur. Adətən, böyük futbolçular – Ronaldo, Levandovski, Noyer daha çox müzakirə olunur.

Polşa millisi Xorvatiya komandasına bənzəyir. Bərabər səviyyəli matc olacaq. Onlar müdafiədən hücuma sürətlə çıxırlar. Bu matç üçün də belə bir planları olacaq. Şübhəsiz ki, bu taktikanın arxasında uğurlu məşqçi işi var. Çalışacağıq ki, top bizdə olanda rəqibin zəif tərəflərindən istifadə edək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.