Rusiyanın Rostov-Don şəhərində intensiv yağışlar səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətini məlumatında bildirilir.
Məlumata görə, fövqəladə vəziyyət rejimi yerli vaxtla 20.40-da (Bakı vaxtı ilə 21.40-da) elan olunub. Aramsız yağan leysan yağışları güclü küləklə müşayiət olunub, küçələr və həyətyanı sahələr su altında qalıb.
Məlumata görə, qasırğa nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Rostov-Donda operativ qərargah yaradılıb.