https://525.az/img/pics/medium/2024-04/310543_yeq9t8hpxw.jpg Tanqo terapiyası nədir?
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Əbədi sevgi, yoxsa istək? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg FİFA-nın ikiüzlülüyü - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/310613_3txrqbjb33.jpg Peşəsinə vurğun
search
19 Aprel 2024

"İnsanlar Ronaldonu tənqid etməyi sevir"

"İnsanlar Ronaldonu tənqid etməyi sevir"

"Oyuna yaxşı başlamadıq. Birinci hissədə hesabı bərabərləşdirmək bizim üçün önəmli idi. Fiziki cəhətdən güclü oyunçuları orta xəttdə oynatmaq istədik, ancaq  erkən qol buraxdıq. İlk hissənin ortalarına qədər öz oyunumuzu oynaya bilmədik. Renato Sançesə tapşırıq verdikdən sonra bərabərlik qolunu vurduq. Polşa güclü rəqib idi".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş "Avro-2016"nın 1/4 finalında Polşaya penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, Pepe və Kriştiano Ronaldonun sözügedən qarşılaşmada yaxşı oyun nümayiş etdirdiklərini bildirib:

"Ronaldo komandanın lideri olduğu üçün insanlar onu tənqid etməyi sevir. Bu gün komanda  yaxşı idi. Pepe və Ronaldo bütün təcrübələrini meydanda göstərdilər. Bu mərhələdə erkən qol buraxdıqdan sonra qələbə qazanmaq asan deyil. Komandam bunu bacardı. İkinci hissədə güclü tərəf biz idik. Yarımfinalı səbirsizliklə gözləyirik".

F.Santuş hədəflərinə doğru yaxınlaşdıqlarını söyləyib:

"Portuqaliya xalqını qürurlandırmaq istəyirik. Penaltilər seriyasında şans amili böyük rol oynayır, ancaq burada xarakter göstərmək lazımdır. Bilirdik ki, rəqib penalti zərbələrini yaxşı yerinə yetirir. Çünki onlar bundan əvvəl İsveçi penaltilər seriyasında udmuşdular. Oyunçularıma rahat olmalarını və bütün penalti zərbələrini düzgün yerinə yetirəcəklərini söylədim".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.