https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
search
29 Mart 2024
28 Mart 2024

Ronaldo: "Heç kəs yarımfinala yüksələcəyimizi gözləmirdi"

Ronaldo: "Heç kəs yarımfinala yüksələcəyimizi gözləmirdi"

"Çətin oyun oldu. Polşa yaxşı oynadı. Rəqib fiziki cəhətdən  güclü idi. Amma biz daha yaxşı təsir bağışladıq. Layiqli qələbə qazandıq".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın 1/4 finalında Polşa üzərində penaltilər seriyasında 5:3 hesabı ilə qazandıqları qələbəni şərh edərkən deyib.

O, qol vurmadığı üçün təəssüflənmədiyini bildirib:

"Bəli, fərqlənə bilmədim, ancaq həmişə bütün gücümlə oynayıram. Bu oyunda Renato Sançesqol vurdu. Onu təbrik edirəm. Heç kəs yarımfinala yüksələcəyimizi gözləmirdi, ancaq biz artıq yarımfinaldayıq".

K.Ronaldo penaltilər seriyasının lotereya olduğunu söyləyib:

"Penaltilər seriyasında yaxşı oynadıq".

Portuqaliya millisinin hücumçusu yarımfinal qarşılaşması haqda da danışıb:

"Belçika - Uels cütünün qalibi ilə üz-üzə gələcəyik. Uels bu turnirdə yaxşı təsir bağışlayır. Belçika da gözəl futbol nümayiş etdirir. Məqsədimiz çempion olmaqdır".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.